Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb
Digər xəbərlər

Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb

Nərimanov rayon prokurorluğunun məlumatında xəbər verilir ki, iyunun 23-ü saat 23 radələrində 2003-cü il təvəllüdlü Hikmət Kərimovun kəsilmiş-de

şilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 2005-ci il təvəllüdlü Fateh Məmmədovun Nərimanov rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı Hikmət Kərimova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

“Respublika”.