Laçında növbəti əmək yarmarkası keçiriləcək
Gündəm

Laçında növbəti əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Laçın rayonunda növbəti əmək yarmarkası təşkil edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Respublika"-ya verilən məlumata görə, yarmarka iyunun 6-da saat 10:30-dan 13:00-a kimi Laçın şəhərində Seyrəngah adlanan ərazidə keçiriləcək.

Tədbirdə işsiz və işaxtaran şəxslərə 20-dən çox müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 200-dən çox vakansiya təqdim olunacaq.

Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumat da veriləcək.