Konstitusiya Məhkəməsinin Plenumu Nazirlər Kabinetinin sorğusu əsasında qərar qəbul edib
Digər xəbərlər

Konstitusiya Məhkəməsinin Plenumu Nazirlər Kabinetinin sorğusu əsasında qərar qəbul edib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında Azərbaycan Respublikasının 1994- il 23 sentyabr tarixli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon qarovul xidmətləri nizamnaməsi"nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin Sosial normativ aktlar idarəsi Milli Məclisi Aparatının mülahizələrini, Müdafiə Nazirliyinin, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin rəyini işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikasının 1994- il 23 sentyabr tarixli 886 nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon qarovul xidmətləri nizamnaməsi"nin 16 saylı əlavəsinin - "Dəfn mərasiminin təşkili keçirilməsi Qaydaları"nın 1.7-ci maddəsinə uyğun olaraq, həmin Nizamnamənin 333- maddəsində göstərilən şəxslərin yas mərasiminin təşkili üçün nəzərdə tutulmuş maliyyə yardımının 1991-2016- illərdə həlak olmuş şəhid statusu verilmiş hərbi qulluqçuların valideynlərinə (yaxın qohumlarına ya qanuni nümayəndələrinə) verilməsi həmin normativ hüquqi aktın hüquqi məqsəd təyinatından kənar olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinin müddəalarının tətbiqi istisna edilir.

Dövlətin diqqət qayğısında olan həlak olmuş hərbi qulluqçuların valideynlərinin (yaxın qohumlarının) sosial rifahının yaxşılaşdırılması istiqamətində mümkün tədbirlərin davam etdirilməsi müvafiq dövlət qurumları tərəfindən daim nəzərdə saxlanılmalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.