Kəndlərdə elektrik enerjisi təchizatı yaxşılaşır
Region

Kəndlərdə elektrik enerjisi təchizatı yaxşılaşır

Kürdəmir rayonunun Şüşün kəndində və onunla yanaşı 7 kənddə elektrik təchizatı sarıdan əvvəllər problemlər yaşanırdı. Bu günlərdə Kürdəmir rayonunun Şüşün kəndində inşa olunan 35-10 kilovoltluq yeni yarımstansiyaya baxış keçirilib, orada görülmüş işlər müsbət qiymətləndirildi.

Yeni yarımstansiya Şüşün kəndi ilə yanaşı, rayonun 7 kəndini, 1000-ə yaxın abonenti və ya 4 min nəfərə yaxın əhalini elektrik enerjisi ilə təmin edəcək.

Bundan başqa, inşa olunan bu yarımstansiya rayonda torpaq sahəsinin su ilə təminatı üçün Kür çayı üzərindəki su nasos stansiyalarına da xidmət göstərəcək. Köhnə yarımstansiya torpaqlara suvarma suyunun optimal müddərdə ötürülməsində çətinlik yaradırdı. Yeni yarımstansiyada quraşdırılan müasirtipli avadanlıqlar enerji təminatında dayanaqlığı təmin edəcək.

T.YADULLAOĞLU,

"Respublika".