Qax: Şəhid xatirə bulağı
Region

Qax: Şəhid xatirə bulağı

Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda canından keçən igid oğullarımızdan biri də Abdullayev Cavid Vahid oğludur. Cavid 2000-ci il aprelin 23-də Qax rayonunun Qaşqaçay kəndində anadan olmuşdur.

Dekabrın 13-də şəhidin anım mərasimi keçirilmiş və xatirəsinə inşa olunan  bulağın açılışı olmuşdur. Anım mərasimində rayon rəhbərliyi, şəhid ailələri, müharibə veteranları, YAP Qax rayon təşkilatı, hüquq-mühafizə orqanlarının əməkdaşları  və ictimaiyyətin nümayəndələri  şəhidin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla yad edərək  ruhuna dualar oxumuşlar.

Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə   şəhidlik zirvəsinə   ucalmış Cavid Abdullayev Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı ordeni”, "Vətən uğrunda"  və “Xocavəndin azad olunmasına görə” medalları  ilə təltif   edilmişdir.

“Respublika”.