İstanbulda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir
Türk dünyası

İstanbulda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan Dərnəklər Federasiyası İnsan Haqları, Təhsil, Mədəniyyət Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə İstanbulda müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Xalqın adamı" adlı tədbir keçirilib. Tədbirdə siyasi partiyaların, vətəndaş cəmiyyətinin nümayəndələri, İstanbulda yaşayan soydaşlarımız kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

İlk öncə dahi lider Heydər Əliyevin iki dövlətin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Türkiyə Azərbaycanın dövlət himnləri səsləndirilib.

Türkiyə-Azərbaycan Dərnəklər Federasiyasının sədri Ədalət Turanın qonaqları salamlamasından sonra "Heydər Əliyev Azərbaycan diasporu" adlı sənədli film nümayiş etdirilib.

 Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev türk dünyasının qüdrətli liderlərindən biri olan Heydər Əliyevin həyat fəaliyyəti barədə danışıb. Ümummilli liderin zəngin həyat yolundan Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi inkişafındakı əvəzsiz xidmətlərindən, "bir millət, iki dövlət" adlandırdığı Türkiyə-Azərbaycan dostluq qardaşlığından bəhs edib. Komitə sədri deyib ki, Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri olduğu dövrlərdə qardaş ölkə ilə əlaqələrin genişlənməsinə öz töhfəsini verib. 1993- ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra isə münasibətlər yüksələn xətt üzrə inkişaf edib. Türkiyədə prezident seçkilərinin ikinci turunun 28 May - Müstəqillik Gününə təsadüf etdiyini vurğulayıb. O, seçkinin nəticəsinin Türkiyədə olduğu kimi, Azərbaycanda da böyük sevinc coşqu ilə qarşılandığını, dövlətlərimiz arasında siyasi iqtisadi birliyin daha da güclənəcəyinə əmin olduğunu bildirib.

İnsan Haqları, Təhsil, Mədəniyyət Həmrəylik Dərnəyinin sədri Məhsəti Şərif Özyürek çıxışında kütləvi informasiya vasitələrinə həssas münasibəti ilə hər zaman fərqlənən, jurnalistlərin əməyini yüksək qiymətləndirən, sağlığında "Jurnalistlərin dostu" mükafatını qazanan dahi lider Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçılarıyla bölüşüb. M.Ş.Özyürek deyib ki, Azərbaycanda söz, fikir mətbuat azadlığının formalaşması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli siyasətçi müstəqil dövlətimizdə sözün həqiqi mənasında azad, xalqa xidmət edən jurnalistikanın formalaşmasına böyük töhfələr vermiş, mətbuatın qaldırdığı problemlərə həssaslıqla yanaşmışdır. Heydər Əliyev həm ölkə daxilində, həm xaricə səfərləri zamanı onu müşayiət edən mətbuat nümayəndələrinə xüsusi diqqət ayırmış, jurnalistlərin suallarını təmkinlə səmimi şəkildə cavablandırmış, onların fəaliyyəti ilə yaxından maraqlanmışdır. Məhz bu xüsusiyyətlər dahi lideri ölkə jurnalistlərinin sevimlisinə, dostuna çevirmişdir.

Tədbirdə Vətən Partiyasının sədri dr. Doğu Perinçek, Ədalət İnkişaf Partiyasının üzvü, 2011-2018-ci illərdə Türkiyə Böyük Millət Məclisinin üzvü Metin Külünk çıxış ediblər. Onlar qeyd edibər ki, Türk dünyası böyük şəxsiyyətlər yetişdirib, onların sırasında adları tarixə qızıl hərflərlə yazılmış Mustafa Kamal Atatürk Heydər Əliyev hər zaman fəxr qürurla yad ediləcək: "Heydər Əliyevin ideyaları həmişə yaşayacaq, Türkiyə Azərbaycan dövlətlərinin milli birliyi, sarsılmaz qardaşlığı daha da möhkəmlənəcək".

Tədbirdə Eskişəhər Azərbaycanlılar Dərnəyinin üzvü, "Üç cizgi" jurnalının əməkdaşı Gülgün Abbasbəyli, "Dayanıqlı liderlik çərçivəsində Heydər Əliyevin Azərbaycan gəncləri siyasəti" mövzusunda çıxış edib.

Tədbir müğənni Elgün Quliyevin ifasında Heydər Əliyevin sevdiyi Azərbaycan mahnılarından ibarət konsert proqramı ilə yekunlaşıb, ulu öndərin həyat fəaliyyətinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.