İstanbul dünya konqres şəhərləri arasında yüksəlişini davam etdirir
Dünya xəbərləri

İstanbul dünya konqres şəhərləri arasında yüksəlişini davam etdirir

İstanbul Ticarət Palatası (İTO) və İstanbul Konqres və Ziyarətçilər Bürosunun (ICVB) sədri Şekib Avdagiç İstanbulun dünya konqres şəhərləri arasında yüksəldiyini və son 8 ildə ən yaxşı performansını göstərdiyini bildirib.

"Respublika" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, İstanbulun qlobal turizm və konqres sektorlarında yüksəlişini tam sürətlə davam etdirdiyinə diqqət çəkən Avdagiç, İTO və ICVB-nin son 5 ildə konqres turizminə diqqət ayıraraq etdiyi investisiyaların və layihələrin uğurlu nəticələr verdiyini söyləyib. 

Qeyd edək ki, ötən il İstanbul dünya konqres şəhərləri arasında reytinqdə Avropada 4 pillə, dünyada isə 2 pillə irəliləyib.

Töhfə SƏMƏDOVA,

"Respublika".