İranın notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanlar obyektivliyi əks etdirmir
Digər xəbərlər

İranın notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanlar obyektivliyi əks etdirmir

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə istinadən, Azərbaycan mediasında İran əleyhinə yayımların məqalələrin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsi üçün İran tərəfindən Azərbaycanın Xarici İşlər Nazirliyinə nota təqdim edildiyi bildirilir.

AZƏRTAC xəbər verir ki, İranın Azərbaycana notasına dair yerli medianın sualına cavab verən Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Xarici İşlər Nazirliyinə ünvanlanmış qeyd edilən notasının aprelin 3- daxil olduğunu bildirib.

Onun sözlərinə görə, qeyd edilən məsələ ilə əlaqədar eyni gündə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.

İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi vurğulanaraq, İran tərəfinə cavab notası, eləcə İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub.

"İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan qərəzli məlumatlar, eləcə İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir anlaşılmazlıqları daha da dərinləşdirir.

Bununla yanaşı, ölkələrimiz arasında münasibətlər dövründə yaranan anlaşılmazlıqların daim İran tərəfinin birtərəfli davranış addımlarından qaynaqlandığı, Azərbaycan tərəfinin ardıcıl xoşniyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilmədiyi qeyd olunub.

Görüş zamanı, İran mediasında Azərbaycan əleyhinə yalan qərəzli məlumatların yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyi vurğulanıb", - deyə Ayxan Hacızadə əlavə edib.