“TurAz Qartalı-2022
Digər xəbərlər

“TurAz Qartalı-2022" təlimində növbəti uçuşlar icra olunub

Ölkəmizdə keçirilən "TurAz Qartalı-2022" birgə taktiki-uçuş təliminin planına uyğun olaraq növbəti təlim-məşq uçuşları icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ssenariyə əsasən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınma və yerüstü hədəflərinə havadan zərbə endirmə tapşırıqları hərbi pilotlar tərəfindən uğurla yerinə yetirilib.

Birgə taktiki-uçuş təlimi davam edir.

AZƏRTAC