Taylandın kralı keçmiş baş nazir Şinavatranın 8 illik həbs cəzasını 1 ilə endirib
Digər xəbərlər

Taylandın kralı keçmiş baş nazir Şinavatranın 8 illik həbs cəzasını 1 ilə endirib

Tayland kralı Maha Vajiralonqkorn 15 illik sürgündən sonra ölkəsinə qayıdan və qiyabi məhkəmə qərarı ilə həbsə düşən keçmiş baş nazir Taksin Şinavatranın 8 illik həbs cəzasını 1 ilə endirib.

“Respublika” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, korrupsiyada və krala hörmətsizlikdə ittiham olunan keçmiş baş nazir Şinavatra 2006-cı ildə hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılıb, 2008-ci ildə isə həbsdən yayınmaq üçün ölkəni tərk edərək sürgün həyatı yaşayıb. 15 il sonra avqustun 22-də ölkəsinə qayıdan Şinavatra şəxsi təyyarəsi ilə paytaxt Banqkokdakı Don Mueang hava limanına endikdən sonra polis tərəfindən Ali Məhkəməyə aparılıb.

Röya RÜSTƏMLİ,

“Respublika”.