Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 5-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələrdə dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.
Söhbət zamanı, həmçinin Azərbaycan-Rusiya qarşılıqlı faydalı tərəfdaşlığının gündəliyində yer alan aktual məsələlər müzakirə edilib.
AZƏRTAC