İran istehsalı dron Ukrayna tərəfindən zərərsizləşdirildi
Dünya xəbərləri

İran istehsalı dron Ukrayna tərəfindən zərərsizləşdirildi

Rusiya günün ilk saatlarından etibarən Kiyev və Odessaya 28 kamikadze dronu atıb.

"Respublika" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin məlumatında bildirilib.

Qeyd olunub ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri (HHM) ümumilikdə 26 ədəd İran istehsalı “Şahed” dronunu zərərsizləşdirib.

Məlumata görə, Odessa üzərində 22 dron zərərsizləşdirilib, lakin 2 dron limandakı administrasiya binasının üzərinə düşüb.

Odessa qubernatoru Oleq Kiper Telegramda qeyd edib ki, limandakı taxıl terminalı və daha bir terminal alışıb, lakin yanğın qısa müddətdə söndürüldüyündən kritik zərər dəyməyib, həmçinin yaralanan olmayıb.

Kiyev regionunun hərbi rəhbəri Ruslan Kravçenko Kiyevə atılmış bütün dronların zərərsizləşdirildiyini, lakin bir neçə dronun qalıqlarının üzərinə düşməsi nəticəsində 12 yaşayış evinə və bir çox mərtəbəli binaya ziyan dəydiyini bildirib.