İran prezidenti Pakistana 2 günlük səfər edəcək
Dünya xəbərləri

İran prezidenti Pakistana 2 günlük səfər edəcək

İran Prezidenti İbrahim Rəisi aprelin 22-də Pakistana iki günlük səfər edəcək. 

“Respublika” xəbər verir ki, bu barədə “The News International” saytı məlumat yayıb. Bildirilib ki, səfərin qrafiki İslamabad və Tehran tərəfindən hələ rəsmi olaraq müəyyən edilməsə də, İbrahim Rəisinin Pakistana ziyarəti artıq təsdiqlənib.

Prezident Rəisi və Pakistanın Baş naziri Şahbaz Şərif arasında baş tutacaq danışıqlarda son hadisələr, regional təhlükəsizliyin vəziyyəti diqqət mərkəzində olacaq. Pakistanın Prezidenti Asif Əli Zərdarinin səfərdə olan həmkarının şərəfinə ziyafət verəcəyi də gözlənilir. 

Jalə QASIMZADƏ, 
“Respublika”.