Starlink “kosmik lazer”lə internet sürətini artırır
Dünya xəbərləri

Starlink “kosmik lazer”lə internet sürətini artırır

SpaceX bu yaxınlarda "kosmik lazer"li Starlink V2 mini peyklərini orbitə çıxarıb. Bu bürcdəki peyklər arasında məlumat ötürülməsinin sürətini artıracaq.

"Respublika" xəbər verir ki, bu barədə "Starlink" şirkəti X sosial şəbəkəsindən paylaşım edib.

Yeni nəsil peykləri keçən həftə orbitə buraxıldığı bildirilib. 

Qeyd edək ki, Starlink lazer əsaslı rabitə xüsusiyyətlərin malik peykləri ilk dəfə 2021-ci ildə orbitə buraxıb. 

Nurlan ABDALOV,

"Respublika".