Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə Ümummilli Liderin 100 illiyinə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
Digər xəbərlər

Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə Ümummilli Liderin 100 illiyinə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Mayın 8- Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbində olub.

AZƏRTAC xəbər verir ki, qonaqlar fotosərgi ilə tanış olub, onlara məktəb haqqında məlumat verilib.

Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, Heydər Əliyev hər zaman təhsil sahəsinə böyük diqqət yetirib. "Ulu Öndər gənclərə həmişə qayğı ilə yanaşıb. 70-80-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər təhsil almaq üçün Sovet İttifaqının nüfuzlu ali təhsil müəssisələrinə göndərilib. Bu gənclər Azərbaycanda müxtəlif vəzifələr tutub hazırda da tutur. Bu ənənəni indi Prezident İlham Əliyev davam etdirir. O, gənclərə dünyanın ən aparıcı ali təhsil ocaqlarında təhsil almaq imkanı verən iki dövlət proqramını təsdiq edib. Heydər Əliyev Fondunun dəstəyi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildə bu məktəb rekonstruksiya olunub".

Daha sonra Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin həyat yolu onun adını daşıyan məktəbin fəaliyyəti barədə videoçarx nümayiş olunub.

Sonda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqənin qalibləri olmuş məktəblilərin beş nominasiyada mükafatlandırılması olub.