Hava Şarları Festivalı
Region

Hava Şarları Festivalı

Şamaxı

Rayon ərazisində növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçirilib. Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "EZONE" şirkəti tərəfindən təşkil olunan növbəti Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu rayonun turizm potensialına töhfə vermək idi. Səhər saatlarında festival çərçivəsində müxtəlif forma və dizaynda olan hava şarlarının Meysəri kəndi üzərində uçuşu olub.

Onu da qeyd edək ki, ictimaiyyət üçün maraqlı olan hava şarlarında turist uçuşları, hələ ki, həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirdiyi uçuşları Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı olub.

Tamaşaçılar tərəfindən böyük səbirsizliklə gözlənilən festivalın bədii proqramı start götürdüyü andan maraqla qarşılanıb. Belə ki, iTicket.az saytı vasitəsilə tədbirdə qeydiyyatdan keçən şəxslər axşam saatlarınadək Meysəri kəndindəki "Şirvan Şərabları" kompleksi ərazisində rəngarəng əyləncə və konsert proqramını izləyiblər. Əyləncə proqramında fərqli uşaqlar üçün ustad dərslərində iştirak etmək, müxtəlif kafe və restoranların təşkil etdiyi yemək zonalarına qatılmaq mümkün olub.

M.NƏRİMANOĞLU,

"Respublika".