Güney Azərbaycanda Azərbaycan dili
Güneydən səslər

Güney Azərbaycanda Azərbaycan dili

Güney Azərbaycanda Azərbaycan dili min illərdir ki, istifadə olunmaqdadır. Quzey Azərbaycan öz müstəqilliyini bərpa etmiş dünyada informasiya kommunikasiya sahəsində ciddi irəliləyişlər əldə edərək, son dövrdə yalançı təbliğatın qarşısını ala bilmişdir.

İranlılar Güney Azərbaycan türklərinin son dövrlərdə gəlib buralarda məskən saldıqlarını təlqin etməyə çalışırlar. Pəhləvi dövründən fars şovinizmi İran dövlətinin rəsmi dövlət siyasətinə çevrilmiş məqsədyönlü olaraq Azərbaycan tarixi uydurmalara təhrifə məruz qalmışdır. Təhrifçilərin dediyinə görə, səlcuqların XI əsrdə Azərbaycana köçməsi ilə Azərbaycanı türkləşdirmişlər. Onlar türk dilinin Azərbaycanda yayılmasını 70 illik Qaraqoyunlu Ağqoyunluların hakimiyyəti dövrü ilə bağlayır.

Bu cür uydurulmuş fıkirləri təbliğ edənlər az deyildir. Onlardan Əhməd Kəsrəvini, Cavad Şeyx əl İslamini göstərmək olar. Bu tip şovinistlər Güney Azərbaycanda 35 milyondan artıq Azərbaycan türkünü farslaşdırmaq məqsədi güdmüşlər. Beləliklə, 50 il müddətində Azərbaycanın farslaşdırılması nəzərdə tutulurdu. Quzey Azərbaycanın müstəqilliyi ilə Azərbaycan türklərinin başı üstündən qara buludlar çəkildi həqiqət Günəşi özünü göstərməyə başladı.

Güney azərbaycanlı alim tədqiqatçı, mərhum professor Məhəmməd Tağı Zehtabi müxtəlif mənbələri araşdıraraq çox qiymətli "İran türklərinin əski tarixi"ni yazmışdır. O, avropalı, bir çox başqa xalqların tədqiqatçı arxeoloqlarının fikirlərinə əsaslanaraq belə bir versiya irəli sürür ki, Türküstan, Azərbaycan, Zaqros dağları, ikiçayarası ətraf ərazilər vahid mədəniyyət təsiri altında olmuşdur. Bunu daha çox həmin ərazilərdə tapılmış vahid mədəniyyət qalıqları sübut edir.

Azərbaycanın qədim türklərin məskəni olmasını islam alim tarixçiləri qeyd etmişlər. Ərəb tarixçisi İbn-i- Heşam öz əsərində yazır: "Dövrün xəlifəsi Ubeydə sual verir ki, türk Azərbaycan nədir. Ubeyd cavabında deyir: Azərbaycan qədimdən türklərlə məskun bir ölkədir".

Azərbaycanda türklərin yaşamasını ərəb-fars tarixçisi Əbu Əli Məhəmməd Bələmi göstərmişdir. O, "Tarixi Bələmi" adlı əsərinin 42-ci səhifəsində Azərbaycanın türklərin yaşadığı yer olmasına işarə edir.

Azərbaycanda çox qədimlərdən Azərbaycan türkcəsi mövcud olmuş dilimiz bir çox sahələrdə işlədilmişdir. Güney Azərbaycan tarixi boyu Xətai, Saib Təbrizi, Şeyx Qasim Ənvər, Həqiqi, Vəhidi Təbrizi, Qövsi Təbrizi bir çox məşhurların yetişdiyi ərazi olmuşdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, Şah İsmayıl Səfəvi dövründə Təbriz Azərbaycanın paytaxtı olarkən Azərbaycan türkcəsi hələ o dövrdə rəsmi dövlət dili olmuşdur.

Güney Azərbaycanda zaman-zaman böyük şair yazıçılar yetişmiş, mədəniyyətimizə çox qiymətli əsərlər töfhə etmişlər. Dilimiz ədəbiyyatımızla birbaşa bağlı olan Füzulinin türkcə "Divan"ı birinci dəfə olaraq 1828-ci ildə Təbriz şəhərində çap edilmişdir.

Güney Azərbaycanda Azərbaycan türkcəsində hələ XIX əsrin birinci yarısından kitabların nəşr edilməsi dilimizin əhəmiyyəti bu məmləkətin Təbriz başda olmaqla mədəniyyət mərkəzi olmasından irəli gəlir.

Azərbaycanda məşrutə inqilabı inqilab ərəfəsində Azərbaycan türkcəsində qəzetlər nəşr edilir, ziyalılarımız aydınlarımız tərəfindən xalqa müasir mütərəqqi fikirlər aşılanırdı. Həmin dövrdə "Azərbaycan" qəzeti Təbrizdə 1907-ci ildə "Ədalət" qəzetinin əlavəsi olaraq nəşr edilirdi".

"1893- ildə Təbrizdə Rüştiyyə tərəfindən yeni üsulla təsis edilmiş savad təlimində müasir metodlardan istifadə olunan Müzəffəriyyə adlı ilk müasir ibtidai məktəb açılmışdır.

Şeyx Məhəmməd Xiyabani hərəkatı dövründə Güney Azərbaycanda Azərbaycan türkcəsi geniş şəkildə istifadə edilirdi. Hərəkatın başçısı Şeyx Məhəmməd Xiyabani odlu çıxışlarını Azərbaycan türkcəsində aparırdı. Həmin dövrdə çoxlu qəzet jurnallar buraxılırdı. Azərbaycan Demokrat Partiyasının orqanı olan "Təcəddüd" qəzeti həmin dövrdə buraxılmağa başladı. Bundan əlavə, "Azadistan" "Ədəb" jurnalları da nəşr edilirdi.

Azərbaycan xalqı Gülüstan Türkmənçay müqavilələri ilə ikiyə parçalandıqdan sonra bir-birindən fərqli tale yaşamalı oldular. Azərbaycanın quzey hissəsi rus müstəmləkəsi, güney hissəsi isə İran müstəmləkəsinə çevrildi. 1925-ci ildə İngiltərə dövlətinin əlaltısı olan Rza xan tədricən dövlət çevrilişi nəticəsində İranda şah oldu. Beləliklə, türk sülaləsi olan Qacar dövləti şovinist siyasəti yeridən Pəhləvi sülaləsi ilə əvəz edildi. Rza şah hakimiyyətə gəldikdən sonra mərkəzləşmiş dövlət yaratdı Fars şovinizmi dövlətin ana siyasət xəttinə çevrildi. İran adlandırılan ölkənin hər tərəfində yaşayan Azərbaycan türklərinin dili yasaq edildi. Azərbaycanlılar türk olmalarına görə təhqir, təqib təzyiqə məruz qalırdılar. Azərbaycan dili bütün məktəblərdən, rəsmi orqanlardan, teatr, incəsənət, elm s. sahələrdən zorla uzaqlaşdırıldı.

Pişəvərinin başçılığı ilə milli azadlıq hərəkatı başladı 1945-46- ildə 21 Azər hərəkatı ilə milli hökumət quruldu. Təxminən bir il müddətində davam gətirən həmin hökumət Güney Azərbaycanda milli zəmində çox işlər gördü, Güney Azərbaycanda qurulmuş Azərbaycan milli hökuməti Azərbaycan türkcəsi haqqında belə bir qərar qəbul etdi:

1. "Bu gündən etibarən Azərbaycanda Azərbaycan dili rəsmi dövlət dili elan olunur...

2. Bütün idarələr (dövlət, milli, ticarət ictimaiyyət) öz işlərini Azərbaycan dilində yazmağa məcburdurlar...".

1946- il aprelin 7- bazar günü Təbriz radiosu hər gün günortadan sonra saat 4- orta dalğa 310 metrdə ilk dəfə verilişə başladı.

Güney Azərbaycanda həmin dövrdə Azərbaycan türkcəsində dövlət himni yaradıldı. Azərbaycan milli himnini xalqımızın qocaman mübariz şairi Seyid Mehdi Etimad Natiq yazmış, musiqisini isə Cahangir Cahangirzadə bəstələmişdir. Həmin milli himn belədir:

Ey vətənim Azərbaycan,

Əbədi odlardan nişan

Adlı, şanlı keçmişim var

Sən böyütdün qəhrəmanlar

Qoca şərqin çırağısan

Azadlığın bayrağısan

Tarix boyunca yadigar,

İftixarlı asarın var.

Sənsən bizə Ana vətən

Sənsən bizə nemət verən.

Sənsən bizə ruhi-rəvan,

Yaşa-yaşa Azərbaycan!

Təəssüflər olsun ki, həmin ərəfədə qərblə-şərq blokunun dünyanı paylaşması ilə Güney Azərbaycanın müstəqilliyinə son qoyuldu. Pəhləvi ordusu yenidən 1946- ildə Güney Azərbaycanı işğal etdikdən sonra əvvəlkindən daha sərt şovinistcəsinə Azərbaycan xalqına onun dil mədəniyyətinin inkişafına mane oldu. Pəhləvi rejimi Azərbaycan türkcəsini bütün elm, mədəniyyət, incəsənət rəsmi dövlət orqanlarında yasaq etdi. Azərbaycan türkcəsində yazılıb, yaradılmış böyük bir mədəniyyəti, həmin dildə olan kitabların kütləvi şəkildə yandırıb məhv etməyə çalışdılar.

50 illik Pəhləvi rejimi dövründə Azərbaycan xalqı öz doğma yurdu Güney Azərbaycanda dözülməz təzyiqlərə məruz qaldı. Heç kimin bir dənə olsun Azərbaycan türkcəsində kitab çap etdirməyə haqqı yox idi.

Ağır şəraitdə Azərbaycan dili mədəniyyətinə çox böyük zərbələr vuruldu. Amma belə ağır şəraitdə Azərbaycanın qeyrətli oğul qızları hər zaman xalqı maarifləndirməyə dilimizə aid gizli şəkildə əsərlər yazıb-yaymağa başladılar. Hətta, Azərbaycan ədəbiyyatının XX əsrdə gözəl şah əsəri olan Şəhriyarın "Heydər babaya salam" əsəri bu dövrdə yazıldı. Bulud Qaraçorlu (Səhənd) Azərbaycan mübarizə şeirinə misilsiz töfhələr verdi. "Sazımın sözü" kimi dəyərli əsərlər məhz bu dövrdə yazılıb yayıldı.

Cabbar Baxçaban, Səməd Behrəngi, Nüsrətulla Fəthi, Məhəmmədəli Məhzun, Məhəmmədəli Fərzanə, Yədulla Məftun Əmini, Həbib Sahir, Sönməz, Hüseyn Sədiq Əli Təbrizli kimi şair yazıçılar qeyd etdiyimiz məhdudiyyətlərə rəğmən Azərbaycan türkcəsində əsərlər yaradaraq gizli şəkildə çap edib yayırdılar.

1979-cu il İslam inqilabı baş verdikdən sonra İran İslam Respublikasının Ana qanununun 15-ci maddəsində qeyd edilirdi ki, İranda yaşayan başqa millətlər fars dili ilə yanaşı, öz dillərində təhsil ala bilərlər. Lakin bu maddə eyni zamanda İranın Ana qanununun 19-cu maddəsində nəzərdə tutulan xalqların hüquqlarının bərabərliyi təmin olunmadı indiyə kimi həmin maddələr icra edilmir.

Tehran, Təbriz, Ərdəbil, Urmiyə, Zəncan şəhərlərində müxtəlif dərgilər, qəzetlər nəşr olunmağa başladı. "Varlıq", "Dədə Qorqud", "Ülkər", "Koroğlu", "Günəş", "İnqilab yolunda" "Yoldaş" kimi dərgilər nəşr edilirdi. Bu dərgilərin bəzilərinin ömrü qısa oldu. Elə oldu ki, bir sayı işıq üzü gördü. Şahlıq rejiminin şovinist siyasəti yeni formada baş qaldırdı müxtəlif vasitələrlə türkdilli mətbuatın geniş vüsət almasına imkan vermədi.

Dilimiz mədəniyyətimizlə bağlı Güney Azərbaycanın gənc nəsli çox əzmlə əsaslı şəkildə tədqiqatlar aparmağa can atır dilimizin yasaq olması ilə yaranmış boşluğu doldurmağa çalışırlar.

Güney Azərbaycanın müxtəlif şəhərlərində ədəbi dərnəklər ocaqlar da fəaliyyət göstərir. Əlbəttə, həmin ocaqların ədəbi iclasları evlərdə həftənin bəzi günlərində izn alınaraq mədəniyyət mərkəzlərində keçirilir.

Güney Azərbaycanda son zamanlar dilimiz, ədəbiyyatımız tariximizlə bağlı çox qiymətli əsərlər yazılmışdır nəşr edilmək üçün icazə gözləyir. Azərbaycan türkcəsinin işlənmə dairəsi get-gedə genişlənir. İctimai-siyasi, iqtisadi mədəni zəmində bütün sahələri əhatə etməyə doğru inkişaf edir.

Sevda BƏDƏLOVA,

Dr. Hüseyn Şərqidərəcək Soytürk.