Gəncə şəhəri “MDB-nin İdman Paytaxtı” adına layiq görülüb
İdman

Gəncə şəhəri “MDB-nin İdman Paytaxtı” adına layiq görülüb

Gəncə şəhəri 2025-ci il üçün “MDB-nin İdman Paytaxtı” seçilib.

"Respublika" xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov məlumat verib.

Nazir bildirib ki, Gəncə bu ada II MDB Oyunları çərçivəsində MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasının Minskdə keçirilmiş iclasında layiq görülüb.

Qeyd edək ki, III MDB Oyunlarına 2025-ci ildə Azərbaycan ev sahibliyi edəcək.