Fransada bəzi hava limanları hücum təhlükəsi ilə bağlı təxliyə edilib
Gündəm

Fransada bəzi hava limanları hücum təhlükəsi ilə bağlı təxliyə edilib

Fransanın Lion, Tuluz, Nitsa, Bove, Lill və Nant şəhərlərinin hava limanları elektron poçtla alınan hücum və bomba təhlükəsi xəbərdarlığından sonra təxliyə edilib.

"Respublika" xəbər verir ki, Fransada bir sıra hava limanları hücum, bəziləri isə bomba təhlükəsi ilə əlaqədar təxliyə olunub. Həmin hava limanlarına uçuşlar digər aeroportlara yönləndirilib.

Bir neçə saat davam edən yoxlamalardan sonra Lion hava limanında uçuşlar bərpa olunub.