Fransa regionda üstünlüyü ələ almağa çalışır
Digər xəbərlər

Fransa regionda üstünlüyü ələ almağa çalışır

Fransanın müstəmləkə imperiyası ingilislərdən sonra ikinci böyük imperiya olub. Neokolonist ölkə Azərbaycana bir sıra ölkələrə qarşı gizli ya aşkar şəkildə çirkin əməllərini həyata keçirməyə davam edir. Hazırda özünü Ermənistanın "bacısı" kimi göstərməsinə baxmayaraq, əsl niyyəti regionda hakimiyyəti ələ almaqdır. Fransa neomüstəmləkəçilik siyasətinə əsasən Ermənistanı əslində "bacısı" kimi yox, Cənubi Qafqaz regionuna liderlik etmək üçün vasitəçi kimi görür. Buna bir başqa səbəb son illərdə Azərbaycanın Qoşulmama Hərəkatı ilə yanaşı, bir sıra mühüm təbdirlərə, konfranslara uğurla rəhbərlik etməsidir. Politoloq Nəzakət Məmmədova bildirir ki, Prezident İlham Əliyev dünyadakı minillik geosiyasi reallıqları dəyişməyi bacaran lider, Miatsum qondarma soyqırımı miflərinə inanan erməniləri dəmir yumruqla silkələyən tarixi şəxsiyyətdir.

Azərbaycan Prezidentinin "Qarabağda yaşayan ermənilərə heç bir status verilməyəcək" bəyanatı adi məsələ deyil. Bu, Qarabağda kök salmış orada məlikliklər yaratmış ermənilərin yüzilliklər boyu cızdığı planın üstündən əbədi xətt çəkmək deməkdir. Bir çox Azərbaycan xanlarının şahlarının nəinki bacara bilmədiyi, əksinə, biganəlikdən, irəlini görə bilməməsi, vizionunun geniş olmaması ucbatından bizə miras qoyduğu bu problemi İlham Əliyev birdəfəlik tarixin arxivinə yolladı. O, dünya erməniliyi deyilən Qriqoriyan kilsəsinin, milyardlarla büdcəsi, güc mərkəzlərində geniş əlaqələri olan diasporun, terror təşkilatlarından ibarət beynəlxalq mütəşəkkil cinayətkar şəbəkənin böyük planlarını iflasa uğratdı.

Təsadüfi deyil ki, Yezuitlər ordeninin üzvü olan Roma Papası Fransisk 24 apreldə çıxışlarının birində 1915-ci il hadisələrini təhrif edərək, onu "XX əsrin ilk soyqırımı" adlandırıb. Bəli, katolik dünyası bu gün Ermənistana himayəçilik edir. Fransa "dənizdən-dənizə böyük Ermənistan" yaradılmasına çalışır. Belə ki, Gürcüstanın Cavaxetiya bölgəsinin Ermənistana qatılması ilə onun Qara dənizə çıxışının təmin olunması planını məhz Fransadakı erməni diasporu ortaya atıb. Gürcüstan prezidentinin Fransa vətəndaşı olması, Gürcüstanın hava hücumundan müdafiə sistemlərinin Fransa istehsalı avadanlıqlarıyla təchiz olunması təsadüfi deyildir. Habelə Qarabağ məsələsinin Qorbaçovun müşaviri olmuş Aqanbekyanın 1988-ci ildə Fransaya səfərindən sonra ortaya atılması da bu planlarda Fransadakı erməni diasporu onların havadarı olan güc mərkəzlərinin bu məsələyə razılıq verdiyini sübut edir. Erməni diasporunun hakimiyyətə gətirmək istədiyi şəxslər, o cümlədən N.Paşinyan haqda Fransa mətbuatında, o cümlədən "Liberasyon" qəzetində dəstək məqalələrinin çıxması da onu göstərir ki, Fransa həmin şəxsin hakimiyyətə gəlməsində maraqlı olub. Birinci dünya müharibəsinin yubiley tədbirinə qələbədə heç bir rolu olmayan, həmin vaxt ümumiyyətlə beynəlxalq münasibətlərin subyekti sayılmayan Ermənistanın dəvət olunması Fransanın Ermənistanı süni yolla beynəlxalq siyasətdə nüfuzlu ölkə kimi göstərmək cəhdinin nümunəsi idi. Prezident İlham Əliyev keçmiş Minsk qrupunu haqlı olaraq tarixin arxivinə göndərməsəydi, ABŞ Fransa müharibə dövründəki ritorikalarını davam etdirərək, bölgədəki geosiyasi maraqlarını sülh danışıqları altında pərdələməklə ermənilərə status verilməsi kimi absurd tələblə böyük Qələbəmizə kölgə salmaq niyyətlərini davam etdirəcəkdi. 44 günlük savaş dövründə öz məkrli ermənipərəst mövqeyini ortaya qoyan Fransa regiona yönəlik eyni taktika strategiyanı bu gün davam etdirir. Avropa İttifaqının sülh missiyası adı altında Ermənistan tərəfdən bölgəyə göndərilən qrup heç bir statusa malik olmadan sülhün deyil, Qərbin, xüsusilə Fransanın bölgədəki məkrli ermənipərəst mövqeyinin növbəti təzahürüdür. Fransanın dünyada anqlo-sakson - ABŞ İngiltərəyə qarşı strategiyası bizim bölgədə özünü büruzə verir.

1961-ci ildə NATO əsgərlərinin öz torpağından çıxması üçün 48 saat vaxt qoyan Fransa 1979-cu ildə İranda anqlo-sakson hegemonloğunu yıxaraq Xomeynini hakimiyyətə gətirməklə rejim dəyişikliyi etdi. Öz nəzarətinə aldığı bu nəhəng geosiyasi ərazinin şimal hüdudları Cənubi Qafqaz da önəmli rola malikdir İran - Ermənistan əməkdaşlığını şərtləndirən amillərdən biri məhz budur. Ermənistan ərazilərini Qara dənizə qədər genişləndirməyə kömək etməklə, Fransa həm ermənilərin bir xristian icması kimi dəstəyini qazanır, eyni zamanda, İranın Qara dəniz vasitəsilə öz resurslarını Avropaya çıxışını təmin etmiş olur. Ermənistan torpaqlarının Qara dənizə qədər genişlənməsi isə Cavaxetiyanın Gürcüstandan qoparılması hesabına baş verə bilər. Fransa Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı genişləndirdiyi kimi, Azərbaycana da silah texnologiyalar satışı barədə təkliflər vermişdi. Azərbaycan 44 günlük savaşda Rusiya, Türkiyə, İsrail hərbi texnologiyalarından istifadəyə üstünlük verdi. Fransanın Azərbaycana olan qeyri-səmimi təklifi isə hərbi sahəni öz nəzarətinə almaq cəhdindən başqa bir şey deyildi. Biz bu gün bir çox sahələrdə Fransa Ermənistan arasında əməkdaşlığın geniş şəkildə davam etməsinin şahidiyik. Burada da əlbəttə, bəlli bir siyasi taktika var. Liviyadan, Suriyaya, İrandan Cənubi Qafqaz Qara dənizədək resurslarla zəngin böyük bir geosiyasi ərazini ələ keçirmək iddiasında olan Fransa ABŞ, İngiltərə, İsrail Türkiyə ilə rəqabətdə erməni kartından geniş istifadə edir. Gürcüstanın ABŞ-ın dəstəklədiyi Azərbaycan - Gürcüstan - Türkiyə enerji layihələrindən uzaqlaşaraq İran - Ermənistan - Gürcüstan birliyinə qoşulması da Fransanın planlarına daxildir. Təsadüfi deyil ki, Ermənistan İranla sərhəddə Mehridə azad iqtisadi zona yaradaraq Gürcüstanın da İranla bu ərazidən ticarət əlaqələrinə qoşulması təklifini irəli sürmüşdü.

Töhfə SƏMƏDOVA,

"Respublika".