Fransa Milli Assambleyasının üzvü: Fransız Polineziyasının yerli xalqları olaraq tariximizdən, dilimizdən, adət-ənənələrimizdən qoparılmışıq
Siyasət

Fransa Milli Assambleyasının üzvü: Fransız Polineziyasının yerli xalqları olaraq tariximizdən, dilimizdən, adət-ənənələrimizdən qoparılmışıq

Polineziyanın yerli xalqları olaraq biz də eyni problemlə qarşılaşırıq, tariximizdən, dilimizdən, adət-ənənələrimizdən qoparılmışıq.

Bu fikri Fransa Milli Assambleyasında solçu demokrat və respublikaçı parlamentar qrupun, Lui Juane İnstitutunun (IFJD-Institut Louis Joinet) birgə təşkilatçılığı ilə keçirilən "Qviananın hindi əhalisinə dair həqiqət komissiyası" adlı kollokviumun iştirakçısı, Assambleyanın Fransız Polineziyasından deputatı Stiv Şayu AZƏRTAC-a açıqlamasında deyib.

"Yerli Qvianalı bacı-qardaşlarımızdan eşitdiklərim məni təsirləndirdi, çünki biz eyni əzablara düçar olmuşuq və bu gün həmin əzabların eyni nəticələrini çəkirik. Bizi dəyişdirən müstəmləkəçilik maşınından keçdikdən sonra bu gün yerli xalqlar üçün ruhlarını geri qaytarmaq çətinləşib", - deyə S.Şayu bildirib.