Faydalı qazıntı yataqları sahələrində işlər' başlanılıb
Ekologiya

Faydalı qazıntı yataqları sahələrində işlər' başlanılıb

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzRosPromİnvest” MMC-nin təşkilatçılığı ilə Qazax rayonunun “Daş Salahlı” bentonit gili yatağı üzrə istismarı yekunlaşan ərazilərində ağacəkmə aksiyası keçirilib.

"Respublika" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Agentliyin, MMC-nin əməkdaşlarının, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və yerli sakinlərin iştirakı ilə 7 hektar sahədə torpaq-iqlim şəraitinə uyğun 1600 ağac əkilib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Agentlik istismarı yekunlaşan və ehtiyatı bitmiş faydalı qazıntı yataqları sahələrində rekultivasiya işlərinin aparılmasına və ağacəkmə aksiyalarına başlayıb.