ETSN-də Hindistanın xarici işlər nazirinin müavini ilə görüş olub
Ekologiya

ETSN-də Hindistanın xarici işlər nazirinin müavini ilə görüş olub

Hindistan Respublikasının xarici işlər nazirinin müavini Sancay Verma ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib. Görüşdə “Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya” çərçivəsində qarşıda duran vəzifələr, iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, perspektivlər müzakirə olunub.