Ermənistanın təxribatlarının kökündə nə dayanır?
Digər xəbərlər

Ermənistanın təxribatlarının kökündə nə dayanır?

2020-ci ildə Azərbaycanın qəti qələbəsi ilə nəticələnən Vətən müharibəsində 30 ilə yaxın erməni işğalında qalan torpaqlarımız azad olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi gündən ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi, Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi. Beləliklə, Azərbaycan dünya üçün çox nadir inkişaf modelini yaratdı. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu. Ən əsası isə Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər. Bütün bu amillər Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi. 44 günlük müharibədə Azərbaycan parlaq qələbə qazanaraq düşməni məğlub etdi işğala son qoydu.

Müharibədən sonra Ermənistan imzaladığı üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməklə yanaşı, hərbi təxribatlar törətməkdən əl çəkmir. Ötən son 3 ildə sülh danışıqlarının aparılması istiqamətində Brüsseldə, Praqada, Moskvada, Kişineuda görüşlər keçirilib. Hətta bu ilin may ayında keçirilən Brüssel görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Ardıcıl olaraq keçirilən Moskva Kişineu görüşləri uğurla başa çatdı. Lakin iki ölkə arasında sülh danışıqlarının intensivləşdiyi bir vaxtda sərhəddə Qarabağ bölgəsində ermənilər tərəfindən yenə təxribatlar törədilir. Bu hərbi təxribatlar Azərbaycanın suverenliyi ərazi bütövlüyünə qarşı təcavüzdür. Ermənilər son illər qədər çalışsalar da güvəndikləri dövlətlərin, beynəlxalq birliklərin dəstəyini ala bilmədilər. Onların ardı-arası kəsilməyən geniş təxribatlarının kökündə məhz qorxu çarəsizlik dayanır. Ermənistan isə hər zaman olduğu kimi, öz mənfur xislətindən əl çəkmir müxtəlif təxribatlar vasitəsilə bölgədə distabillik yaratmağa çalışır. Bölgədə yerləşən rus sülhməramlılarının arxasında gizlənməyə çalışan silahlı terror qruplaşmalarının əməlləri imzalanmış bəyanatların ruhuna bəndlərinə ziddir. İşğalçı məğlub ölkə bu təxribatı ilə bir daha dünya ictimaiyyətinin gözü qarşısında revanşist niyyətlərindən əl çəkmədiyini nümayiş etdirdi. Azərbaycan həmişə qonşusunun bu kimi əməllərinə səbir nümayiş etdirib. Lakin onlar unutmamalıdır ki, bu səbrin bir sonu var. Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələr dəmir yumruğun yerində olduğunu unutmamalıdırlar. Düşmən tərəfin hər təxribatında çoxlu sayda canlı qüvvəsi hərbi texnikası məhv edilir. Ermənistan kimi kasıb ölkənin həmin silahları almaq üçün maddi imkanı yox dərəcəsindədir. Ermənilər hərbi avantüralarının nəticəsini öncədən görməli bu əməllərinə son qoymalıdırlar.

44 günlük İkinci Qarabağ müharibəsində Ermənistan Azərbaycan Ordusundan aldığı dərsi unutmuş ola bilər. Lakin ordumuz erməni qoşunlarının təxribatlarının qarşısını qətiyyətlə almaqla bir daha verilən dərsi onlara xatırladır. Azərbaycan dövləti tarixi Zəfərinin ilk günündən qarşı tərəfə sülh təklifini irəli sürür eyni zamanda, bu təklifin uzun müddət masa üzərində qala bilməyəcəyini bəyan edir. Bu bəyanat Ermənistana ona havadarlıq edən dövlətlərə ciddi mesajdır. Lakin bu mesajı düzgün analiz edə bilməyən bu məğlub ölkə təxribatçı təcavüz aktlarını xaricdən olan himayədarlarının diktəsi ilə davam etdirir. Göründüyü kimi, regionda sabitlik, davamlı inkişaf sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan onun ərazisindən məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub. Ermənilər belə etməklə, Azərbaycan xalqının Qarabağ Şərqi Zəngəzura Böyük Qayıdışını ləngitmək istəyir. Eyni zamanda düşmən ölkənin geniş təxribatlarının arxasında regionda etimad quruculuğunu pozmaq cəhdi dayanır. Lakin qeyd etmək lazımdır ki, istənilən təxribat Ermənistana baha başa gələcək.

Nuranə DAXİLQIZI,

"Respublika".