Ermənistan çıxışı olmayan vəziyyətə düşüb
Siyasət

Ermənistan çıxışı olmayan vəziyyətə düşüb

Üçtərəfli Bəyanatın qəbul edilməsindən üç il ötür. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il noyabrın 10-da imzalanan bu rəsmi sənəd əslində düşmən ölkənin kapitulyasiya aktıdır. Ötən üç ildə qalib Azərbaycanın ictimai-siyasi həyatında çoxsaylı uğurlar əldə edilib, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda nəhəng quruculuq işləri sürətlə aparılır, bu müddət ərzində Böyük Qayıdış proqramı çərçivəsində minlərlə insan doğma yurd yerlərinə qayıdıb. 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində separatçıların yuvasına çevrilmiş Xankəndi və digər ərazilərdə erməni silahlı dəstələri tərk-silah edilərək torpaqlarımızdan qovuldular. Separatçıların başçılarının qollarına qandallar taxıldı. 30 ildən sonra Azərbaycan öz ərazilərində suverenliyini ləyaqətlə və şərəflə bərpa etdi.

Kökü bilinməyən hayların iki əsrdən çox azərbaycanlıları məhv etmək, torpaqlarını ələ keçirmək, onlara qarşı soyqırımı və deportasiya törətmək üçün havadarları ilə birlikdə qurduqları və qanlı əlləri ilə icra etdikləri erməni labirinti iflasa uğradıldı. Acınacaqlı və rüsvayçı duruma düşən erməniliyin məkrli və cinayətkar siması ifşa edildi, min bir hiylə ilə tor qurduqları labirintə özləri düşdülər, revanşist toplumun hiyləgərlikləri, timsah göz yaşları daha işə yaramır. İkinci Qarabağ müharibəsində və 23 saat davam edən antiterror tədbirlərində saxta erməni mifi yerdən-yerə vuruldu, otuz il ərzində qurduqları istehkamlar kimi havaya sovruldu. 44 gün davam edən müharibədə Ermənistan və onun "güclü ordusu" müzəffər silahlı qüvvələrimiz tərəfindən məhv edildi, düşmən öz cəzasını aldı, torpaqlarımız işğalçılardan təmizləndi. İşğaldan azad edilən torpaqlarda erməni faşizminin törətdiyi vəhşiliklər insanı dəhşətə salır, azərbaycanlılara qarşı erməni nifrətinin həddi-hüdudu bilinmir. Ermənilər Qarabağda onlarla şəhəri və yüzlərlə kəndi yer üzündən siliblər, mənfur xislətlərini nümayiş etdiriblər, buralarda həyat izinə rast gəlmək mümkün deyil. İslam aləminə nifrətini gizlətməyən ermənilər məscidləri təhqir etməkdən belə çəkinməyiblər. Yaxın tariximizə nəzər salanda bir daha aydın olur ki, biz çox məkrli, hiyləgər, faşist xislətli düşməni, "yeni müharibə yeni ərazilər" iddiası ilə lovğalanan, özgə kölgəsinə sığınaraq qonşusuna diş qıcayan, işğalçı Ermənistanı məğlub etmişik. İki yüz illik erməni işğalı dayandırılıb, cinayətkar hayların bir-bir qolları qandallanır, lovğa və təkəbbürlü erməniliyin başı əyilib, bir daha dikəlmək şansı olmayacaq. Təkcə "Qisas" və 23 saat davam edən antiterror tədbirləri Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə də hansısa telefon zəngi. Birmənalı və qəti şəkildə bəyan edildi ki, heç nə və heç kim xalqımızın sarsılmaz mövqeyini dəyişdirə bilməyəcək. Bunu düşmənlərimiz yaxşı bilir. Ağır məğlubiyyətdən nəticə çıxarmayan haylar əsas bir məqamı unudurlar ki, artıq dünya bizi başqa cür tanımağa başlayıb, böyük bir tarixi mərhələdən keçirik, ərazi bütövlüyümüz bərpa edilib, sərhədlərimizi dəqiqləşdiririk, ermənilərin xaraba qoyduqları torpaqlarda quruculuq işləri aparırıq, gücümüz və qüdrətimiz dillərdə dolaşır. Ermənistan isə dotasiyaya, ianələrə, yardımlara möhtac qalıb, küncə sıxışdırılıb, korrupsiya və rüşvətxorluq baş alıb gedir, yüksək çinli hərbçilər ard-arda həbsxanaya salınır. Azərbaycan indi bölgədə sülh və sabitliyin təminatçısı, həm də qalib ölkə kimi tanınır, Cənubi Qafqazada söz sahibidir, uğurlu xarici diplomatiya şaxələnir, ölkəmiz ən etibarlı enerji ixracatçısıdır, bir vaxtlar əfsanə hesab olunan tarixi İpək Yolunu bərpa edən qüdrətli bir hakimiyyət institutuna çevrilib. Bu çox vacib amil yalnız Azərbaycan Prezidenti İlham Əliyevin siyasi bacarığı, qətiyyətli mövqeyi, ən əsası isə dövlətinə və xalqına sonsuz məhəbbəti ilə həyata keçirilib və dünyaya təqdim edilir. Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində regionda "sülh gündəmi", "sülh yollarının kəsişməsi"ndən danışaraq alqışlar aldığı bir vaxtda İlham Əliyev Xankəndi şəhərində hərbi parad keçirdi, müasir Azərbaycan Ordusunun bölmələrinin yeri-göyü lərzəyə salan inamlı addım səsləri qədim İrəvan küçələrində, qana susayan hay kilsələrində belə əks-səda verdi.

Xalqımız möcüzə kimi bir həqiqətin şahidi oldu, uzun illər separatçıların yuvasına çevrilmiş Xankəndi şəhərinin mərkəzi meydanında hərbi orkestrin müşayiəti ilə Azərbaycan qoşunları möhtəşəm parad keçirdilər. Separatçıların qərargahının yerləşdiyi və erməni labirintinin cızıldığı binanın qarşısında Azərbaycan Bayrağı qürurla, əzəmətlə, şərəflə dalğalanır. Şəhidlərin qanı hopmuş üçrəngli, ay-ulduzlu bayraq Azərbaycanın vətən torpaqlarını əzm və qətiyyətlə düşmən tapdağından azad etməsinə, bundan sonra da eyni qətiyyətli mövqeyi nümayiş etdirəcəyinə ən yaxşı nümunədir. Dalğalanan bayrağımızın qarşısında Qalib Ali Baş Komandan İlham Əliyev revanşistlərə, onların okeanın hər iki tayındakı havadarlarına xəbərdarlıq edərək bildirdi ki, Qarabağ Azərbaycandır və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin!

Bəli, Xankəndidə keçirilən tarixi parad silahlı qüvvələrimizin peşəkarlığını, qətiyyətini, şücaətini göstərdi, yeni və müasir hərbi texnikaların az bir qisminin nümayiş etdirilməsi düşmənlərə növbəti xəbərdarlıq effekti yaratdı. Azərbaycan ordusunun Qarabağda antiterror tədbirlərindən sonra ərazilərimizi tərk edərək Ermənistana köçmüş haylar İrəvanda növbəti dəfə etiraz aksiyası keçiriblər. Erməni nəşrləri bildirir ki, Azərbaycan ərazisini tərk edərək könüllü şəkildə Ermənistanda yaşamağı üstün tutan ermənilər mənzil-məişət şəraitindən və sosial problemlərin həlli istiqamətində təsirli tədbirlərin görülməməsindən narazıdırlar. Onlar xüsusilə pensiya, müavinət və əməkhaqqı ödənişlərinin yubadılması ilə bağlı problemlərin təcili şəkildə həll edilməsini tələb edirlər. Erməni mətbuatının yazdığına görə, Qarabağdan köçən ermənilər son bir neçə aydır pensiya və müavinətlərini ala bilmirlər. Rəsmi İrəvan həmin ailələrin qeydiyyatını apararaq problemin qısa müddətdə həll ediləcəyini bəyan etsə də, hələ ki, real addımlar atılmayıb. Bununla belə, Ermənistan hökuməti verilən vədləri yerinə yetirməkdən imtina edir, aidiyyəti qurumların rəhbərləri məsələnin həllinə laqeyd yanaşırlar. Buna görə də Qarabağ erməniləri pensiyalarının ödənilməsi tələbi ilə Ermənistanın Əmək və Sosial İşlər Nazirliyinin qarşısında davamlı etiraz aksiyası keçirirlər. Xatırladaq ki, təxminən iki həftə əvvəl də İrəvanda belə bir aksiya keçirilmişdi. Pensiya və müavinətlərini ala bilməyən qoca və əlillərə qondarma "Artsax"ın özünü buraxması ilə "iş yerlərini" itirən separatçı məmurlar da qoşulmuşdu. Həmin aksiyada separatçıların sonuncu başçısı Samvel Şahramanyanın "qərargahı"na hücum edən etirazçılar onun qardaşı Karen Şahramanyanı döymüşdülər. Hayları Qarabağdan köçməyə məcbur edən Ermənistan hakimiyyəti indi onların tələbləri qarşısında aciz duruma düşüb, qurduqları hörümçək torunda çabalayır. Etirazçılar arasında olan erməni mayor bildirib ki, biz pensiyamızı tələb edirik, lakin görünən odur ki, əvvəllər biz onlara lazım olmuşuq, Qarabağda döyüşmüşük, ancaq indi bizim döyüş tərcümeyi-halımızı silməyə çalışırlar. Ermənistan hakimiyyəti keçmiş hərbçiləri pensiya almaqdan məhrum edir, halbuki, biz İrəvanda qonaq deyilik, Ermənistan vətəndaşlığını təsdiq edən göy pasportumuz var. Etiraz aksiyasının digər iştirakçısı Artur Stepanyan isə bildirib ki, üç aydır ki, pensiyalarımızı ala bilmirik, hakimiyyət bizi aldadır. Xoş günlər arxasınca İrəvana pənah aparan ermənilər küçələrdə qalıblar, polis dəyənəyi altında əzilirlər. İnsan hüquq və azadlıqlarını müdafiə edən beynəlxalq təşkilatlar isə həmişə olduğu kimi, Ermənistanda baş verən hadisələrə göz yumurlar. Halbuki, Azərbaycan Qarabağdan köçüb gedən və indi İrəvan küçələrində sürünən haylara yaxşı həyat şəraiti, sosial müdafiə, təhlükəsiz həyat vəd etmişdi. Yaxşı deyiblər ki, gedəni saxlamaq olmaz...

Rəsmi Bakının mövqeyi birmənalı və dəyişməzdir, əgər Ermənistan Bakının son təkliflərini qəbul edərsə, Azərbaycan Ermənistanla sülhə hazırdır. Beynəlxalq analitiklər hesab edirlər ki, İrəvan Bakının bütün şərtlərini qəbul edəcək. Ola bilsin, vasitəçilər Azərbaycan Prezidenti İlham Əliyevi daha mərhəmətli olmağa razı salmağa çalışacaqlar. Lakin rəsmi Bakı heç bir güzəşt olmayacağını açıq şəkildə bildirib.

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında çıxış edən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlamışdır. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir. 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi. İşğal dövründə Ermənistan Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən silmiş, İslam dininə məxsus mədəni və tarixi irsimizi dağıtmış və təhqir etmişdir. 67 məsciddən 65-i dağıdılmış, qalanları isə tövlə kimi istifadə olunmuşdur. Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq.

Salman ALIOĞLU,

"Respublika".