Əlilliyi olan şəxslərə “Rehabus” xidməti
Sosial həyat

Əlilliyi olan şəxslərə “Rehabus” xidməti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin layihəsi çərçivəsində bu il əlilliyi olan 400 şəxsə “Rehabus” xidməti göstərilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Respublika”ya verilən məlumata görə, bu xidmət çərçivəsində reabilitasiya avtobusları hər gün Agentliyin Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə və Bakı Reabilitasiya Mərkəzinə ambulator şəkildə reabilitasiya kursuna cəlb olunmuş şəxsləri yaşadıqları ünvanlara yaxın ərazilərdən götürərək ödənişsiz şəkildə həmin mərkəzlərə çatdırır.   Reabilitasiya proseduru bitdikdən sonra isə yenidən geri qaytarırlar.

Layihənin məqsədi Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icmaəsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq, müvafiq müəssisəyə asan, rahat şəkildə çatmasını təmin etməkdir.

M.KAMAL,

“Respublika”