Dünyanın ən böyük günəş enerji anbarı tikiləcək
Maraqlı

Dünyanın ən böyük günəş enerji anbarı tikiləcək

Atakama səhrası dünyanın ən böyük enerji saxlama layihəsinə ev sahibliyi edəcək. 

"Respublika" xəbər verir ki, bu barədə "Rechargenews" məlumat yayıb.

Məlumata görə, layihə çərçivəsində 1 GVt günəş enerjisi gücündə elektrik enerjisi istehsal ediləcək.

Bu işi İspaniyanın ən böyük bərpa olunan enerji şirkəti Grenergy Çili öz üzərinə götürüb. Hazırda Atakama səhrasında dünyanın ən böyük enerji anbarının tikintisinə başlanılıb. Şirkət növbəti  3 il ərzində mərhələli şəkildə fəaliyyətə başlaması gözlənilən layihəyə 1,4 milyard dollar sərmayə qoyacağını bildirib.

Nəzrin ELDARQIZI,

"Respublika".