Dövlətimizin başçısı və birinci xanım Kəlbəcər rayonunun Vəngli kəndində olublar
Gündəm

Dövlətimizin başçısı və birinci xanım Kəlbəcər rayonunun Vəngli kəndində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.

Qeyd edək ki, işğal dövründə ermənilər növbəti vandallıq aktı nümayiş etdirərək, azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən lövhə düzəltmişdilər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev lövhənin sökülməsi ilə bağlı tapşırıq verdi.

AZƏRTAC.