Cüdo üzrə U-23 Azərbaycan çempionatı start götürüb
İdman

Cüdo üzrə U-23 Azərbaycan çempionatı start götürüb

İyirmi üç yaşadək qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatı start götürüb.

"Respublika" xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən turnirdə 8 çəki dərəcəsində 112 cüdoçu birincilik uğrunda mübarizə aparır.

Kişilər arasında 60, 73, 90 kiloqram və 100 kiloqramdan yuxarı, qadınların yarışında isə 48, 57 kq, 70 kiloqram və 78 kiloqramdan yuxarı çəki dərəcələrində medalçılar müəyyənləşəcək.