İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Stolüstü tennisçilərimiz beynəlxalq yarışlarda iştirak edəcəklər

Azərbaycanın stolüstü tennisçiləri fevral ayında iki beynəlxalq turnirdə iştirak edəcəklər. Yığma fevralın 21-26-da Xorvatiyanın Osiyek şəhərində "Europe Youth Series" turnirində qüvvəsini sınayacaq. Komandanın tərkibində Şəbnəm Mansurova, Xədicə Eylazova, Yağmur Məmmədli, Banu Baytallı, Tunar Bağırov, Uğur Nəzərli, Onur Quluzadə və Şakir Qədirov yer alıb. Milli komanda fevralın 28-dən martın 2-dək isə Əlcəzairdə təşkil olunacaq "WTT Youth Contender" turnirində qüvvəsini sınayacaq. Mərziyə Nürmətova, Aylin Əsgərova, Yağmur Məmmədli, Arzu Aslanova, Xədicə Əbilzadə, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə ölkəmizi təmsil edəcəklər. Stolüstü tennisçilər təlim-məşq toplanışı keçirmək üçün martın 2-də Qazaxıstanın Almatı şəhərinə yollanacaqlar.

Karateçimizdən gümüş mükafat

Karate üzrə Azərbaycan milli komandasının üzvü Fidan Teymurova Fransada keçirilən Premyer Liqa turnirində üçüncü yeri tutub. Təmsilçimiz 50 kiloqram çəki dərəcəsində bürünc mükafata sahib çıxıb. Turnirdə ölkəmizi 7 idmançı təmsil edib. Yığma yarışı bir medalla tamamlayıb.

İdmançımız Türkiyədə medal qazanıb

Azərbaycan qolfçusu Emin Rzayev "Turk

ish Open-2024" yarışında gümüş medal qazanıb. O, Türkiyənin Antalya şəhərində keçirilən yarışda 8 yaşlı idmançılar arasında ikinci yerə layiq görülüb.

Şpaqaçılar Serbiyada mübarizə aparıblar

Azərbaycanın yeniyetmə şpaqaçıları Serbiyanın Novi Sad şəhərində keçirilən Avropanın "Cadet Circuit" turnirində çıxışlarını başa vurublar. Qız və oğlan şpaqaçıların şəxsi yarışında ən yaxşı göstərici 133 iştirakçı arasında ümumi sıralamada 14-cü olan Xədicə Həsənliyə aiddir. Mirxətai Məmmədov, Abbas Səmədli, Emin Səfərbəyov və Vahab Fətullayevdən ibarət yeniyetmə oğlan şpaqaçıları isə komanda yarışında 6-cı olublar. İlk görüşdə Serbiya yığması üzərində 38:24 hesablı qələbə qazanan yığma Şimali Makedoniya ilə qarşılaşmada da qalibiyyət əldə edib - 45:41. Komanda yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə turnirin qalibi Ukrayna şpaqaçılarına 38:45 hesabı ilə uduzub.

Nərgiz İSMAYILOVA,

"Respublika".