Çində evli cütlüklər üçün pul mükafatı
Maraqlı

Çində evli cütlüklər üçün pul mükafatı

Doğuş nisbətinin rekord həddə olduğu Asiya ölkəsi olan Çin evlənmək istəyən cütlüklərə maddi yardım etmək qərarına gəlib.

"Respublika" bu barədə "En Son Haber"ə istinadən xəbər verir.

Ölkənin şərqində atılan bu addıma görə, qadının yaşı 25 və daha kiçik olarsa, cütlüklər 1000 yuan (137 dollar) məbləğində pul mükafatı alacaqlar.

Röya RÜSTƏMLİ,

"Respublika".