BÖLGƏLƏRİMİZ: LERİKDƏ
Region

BÖLGƏLƏRİMİZ: LERİKDƏ "VƏTƏN BAĞI" SALINIB

PAŞA Holding, Qırmızı Ürəklər Fondu (Red Hearts Foundation) Kapital Bankın birgə təşkilatçılığı ilə respublikamızın şəhər rayonlarında ölkəmizin suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış igidlərin  əziz xatirəsi şərəfinə "Vətən Bağı" salınır. Layihə çərçivəsində hər bir rayonda şəhidlərin sayına uyğun ağaclar əkilir.

Növbəti aksiya Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Lerik şəhərində keçirilib. Ağacəkmə aksiyasında Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Kapital Bankın, Qırmızı Ürəklər Fondunun, Pmd.az-ın əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

"Hər şəhid üçün bir ağac əkək" devizi ilə həyata keçirilən aksiyada Lerik rayonundan olan 162 şəhidin xatirəsinə "Vətən Bağı" salınıb. Aksiya zamanı 200 ədəd ağac əkilib. Layihənin məqsədi  şəhidlərimizin xatirəsini əbədiləşdirmək, əhali arasında ekoloji maarifləndirməni gücləndirmək, yaşıllıqları artırmaq ekoloji mühitə töhfə verməkdən ibarətdir.

Ürəklərdə, yaddaşlarda əbədi yaşayan lerikli şəhidlərin əziz xatirəsi bundan sonra "Vətən Bağı"nda da ehtiramla, məhəbbətlə yad ediləcək.

 

QƏDİM ÇİN TƏBABƏTİ LƏNKƏRANDA

Lənkəran şəhərində Çin Təbabəti Klinikası fəaliyyətə başlayıb. Yeni tibb ocağının istifadəyə verilməsi münasibətilə mərasim keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə səhiyyənin inkişafına göstərilən dövlət dəstəyindən söhbət açaraq bildirib ki, insanların sağlamlığına qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva əhaliyə keyfiyyətli, müasir tibbi xidmətin göstərilməsinə xüsusi önəm verirlər.

Bakı Gəncədən sonra Lənkəran şəhərində Çin Təbabəti Klinikasının yaradılması həyata keçirilən uğurlu səhiyyə siyasətinin parlaq təzahürüdür. İcra başçısı region əhalisinin təbii müalicəyə daha çox üstünlük verdiyini, xəstələrin burada təbii üsullarla keyfiyyətli müalicə alacağını, yeni klinikanın fəaliyyətinin əhəmiyyətli olacağını vurğulayıb.

Baş həkim Lian bildirib ki, klinikada xəstələrin müayinə müalicəsi üçün hər cür şərait var. Kişi qadınlar üçün müalicə otaqları yaradılıb. Müayinələrdən sonra xəstələr fərdi proqram üzrə iynə terapiyası, min illər boyu tətbiq olunan digər qədim effektiv Şərq üsulları ilə müalicə olunacaqlar. Klinika həftənin bütün günləri fəaliyyət göstərəcək.

Sonra klinikanın açılışını bildirən qırmızı lent kəsilib. Mərasim iştirakçıları  tibb ocağında yaradılan şəraitlə yaxından tanış olublar.

Əlisəfa HƏSƏNOV,

  "Respublika".