Beynəlxalq hüquq gücə deyil, güc beynəlxalq hüquqa çevrilməkdədir
Siyasət

Beynəlxalq hüquq gücə deyil, güc beynəlxalq hüquqa çevrilməkdədir

Avropa Parlamenti qəbul etdiyi qərəzli qətnamə ilə öz hüquqi yanaşmasını təhlükə altına atır

Beynəlxalq humanitar hüququ təmsil edən Avropa Parlamentinin riyakarlığı bitmək bilmir. Martın 15- AP tərəfindən haqsızlığın başqa bir nümunəsi kimi, Azərbaycana qarşı qətnamə qəbul edildi. Qətnamədə Ermənistanın ərazi bütövlüyü məsələsi, ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətinin canlandırılması, Laçın yolunun blokada şəraitində olması kimi müddəalar yer alıb.

Avropa İttifaqının hüquq prizmasını müəyyən edən orqan kimi AP ermənipərəst mövqeyi ilə ədalətin bərpasına kölgə salır. Qəbul edilən qətnamə sənədi bütövlükdə erməni vandallığına haqq qazandırır. Dinc əhalimizin tarix boyu çəkdiyi əzab-əziyyətləri görməzdən gəlmək bir yana, erməniyə havadarlığı özünə vəzifə edən bir qurum kimi AP-nin hüquqi aspektləri müdafiə etmə bacarığı şübhə doğurur.

Avropa Parlamenti dini, etnik mədəni qaydalara birmənalı olaraq düzgün yanaşma nümayiş etdirmir. Belə ki, Ermənistana aid olduğu bildirilən xristian irsinin qədim abidələri APtərəfindən tanınıb, qorunsa da eyni yanaşma haylar tərəfindən təxribata məruz qalmış, dağıdılmış, İslam dininin simvol rəmzləri sayılan abidələrə qarşı sərgilənmir. 30 ilə yaxın dövr ərzində cinayət tərkibli əməllərin törədildiyi ərazilərimizdə beynəlxalq hüququn ədaləti bərpaetmə istəyi yaranmadı. Sual yaranır: Ermənistan beynəlxalq əlaqələr çərçivəsində digər dövlətlərə kimi töhfə verə bilir? Beynəlxalq məkanda siyasi iqtisadi çəkisi olmayan Ermənistanı Avropa Parlamenti nəyə görə haqsız müdafiə etməkdə maraqlıdır? Heç şübhəsiz, ədalətsiz qətnamələrin  qəbul edilməsi erməni lobbisinin sifarişi əsasında reallışır. Bununla yanaşı, aqressoru şirnikləşdirir, Cənubi Qafqazı siyasi hərbi hərc-mərclik məkanına çevirməyə çalışılır.

Ermənistanın beynəlxalq hüquqazidd addımlarından biri 250 min azərbaycanlının təkcə indiki Ermənistan ərazisindən qovularaq yurdlarından didərgin salınmasıdır. Tarixə nəzər salsaq görərik ki, 1918-ci il mayın 28- keçmiş İrəvan xanlığının ərazisində tarixi Azərbaycan ərazilərində Ermənistan adlı dövlətin yaradılmasından sonra orada yaşayan soydaşlarımız zaman-zaman öz tarixi torpaqlarından deportasiya olunub, azərbaycanlılara məxsus tikililər, habelə İrəvan şəhərindəki İslam abidələri, tarixi-memarlıq inciləri erməni vandalizmi tərəfindən təhrifə məruz qaldı. Ermənilərin etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılara məxsus yaşayış məntəqələrinin, eyni zamanda, çayların, göllərin, təpələrin adları dəyişdirildi, tarixi, maddi-mədəni irs tamamilə silindi erməniləşdirildi. Avropa Parlamentinin ədalət tərəzisi hayları həmişə "çəkidə ağır görüb". Bunun əyani sübutu kimi, 1988-ci ildə - Ermənistanın azərbaycanlıları kütləvi şəkildə qovduğu vaxt Avropa Parlamenti "Sovet Ermənistanında vəziyyət" adlı qətnamə qəbul edərək, Ermənistanın ərazi iddialarına dəstək ifadə etməsini bu ölkədə azərbaycanlıların hüquqlarının pozulmasına göz yummasını göstərmək olar.

Ermənistana aid qətnamənin "İnsan hüquqlarına fundamental azadlıqlarına hörmət" adlı hissəsində indiki Ermənistan ərazisinin qanuni sakinləri olan azərbaycanlıların hüquqları barədə heç bir qeyd yoxdur. Etnik təmizləmə yolu ilə monoetnik əraziyə çevrilmiş Ermənistana bu cür yanaşma tərzi onun apardığı etnik, milli dini ayrı-seçkiliyi dəstəkləyir.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Avropa Parlamenti üçün əsas məsələ insan hüquqları, beynəlxalq hüquq Ermənistan ilə Azərbaycan arasında sülh deyil, müəyyən maraqları irəlilətməkdir. Azərbaycan üçün bu kağız parçası təəssüf hissindən başqa bir şey deyil. Avropa Parlamenti bu mənada istisna təşkil etmir. Lakin biz Avropa Parlamentinin müəyyən dairələrin azərbaycanofob yanaşmalarını irəlilətmək üçün insan hüquqları kimi ülvi dəyərlərdən sui-istifadə etməsi yolverilməzdir. Avropa Parlamenti qəbul etdiyi qərəzli qətnamə ilə öz hüquqi yanaşmasını təhlükə altına atır.

44 günlük Vətən müharibəsində millətimizin dövlətimizin göstərmiş olduğu şücaət Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradə qətiyyətlə Zəfər qazandıq. Unutmamalıyıq ki, beynəlxalq hüquq güc deyil, güc beynəlxalq hüquqdur. Tarix boyu ərazi bütövlüyü pozulan, təbii sərvətləri mənimsənilən, dinc əhalisinə qarşı kütləvi qırğın soyqırımları törədilən ölkəmizin Avropa Parlamentində hüquqları pozulsa da, Azərbaycan öz qətiyyəti ilə haqq səsini hər zaman ən yüksək tribunalardan dünyaya çatdırır çatdıracaq.

Nurlan ABDALOV,

"Respublika".