DİN: Aprelin sonuncu günündə xeyli silah və sursat təhvil götürülüb
Digər xəbərlər

DİN: Aprelin sonuncu günündə xeyli silah və sursat təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Respublika”ya verilən məlumata görə, aprelin 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 2 tüfəng, 3 patron darağı və 95 müxtəlif çaplı patronu təhvil götürüblər.

Həmin gün həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 7 tüfəng və 60 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.