Baş nazir Əli Əsədov 2 saylı seçki məntəqəsində səs verib
Siyasət

Baş nazir Əli Əsədov 2 saylı seçki məntəqəsində səs verib

Fevralın 7-də prezident seçkilərinin başlandığı səhər saatlarından 7 saylı Səbail rayon seçki dairəsinin 2 saylı seçki məntəqəsində canlanma hiss olunurdu.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bu seçki məntəqəsinə gələrək səs verib.

Məntəqədə 1376 seçici qeydiyyata alınıb.

Qeyd edək ki, bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilib. Seçkilərdə 7 namizəd mübarizə aparıb.