Praqa görüşünün mühüm məqamları
Siyasət

Praqa görüşünün mühüm məqamları

Azərbaycanın ərazi bütövlüyünü 2022-ci ilin oktyabrında "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısında Ermənistan  rəsmən tanıdı

"...Keçən ilin oktyabr ayında Praqa Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. O da nəyi göstərir? O da göstərir ki, müttəfiq respublikalar arasında olan sərhədlər dövlət sərhədləri sayılır. Beləliklə, bax, bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2023- il aprelin 18- Neftçala Salyan rayonlarına səfəri zamanı yerli televiziya kanallarına müsahibəsində bildirib.

2022-ci il oktyabrın 6-da Çexiya Respublikasının paytaxtı Praqa şəhərində "Avropa Siyasi Birliyi" Zirvə Toplantısında Azərbaycan-Ermənistan münasibətləri müzakirə obyekti oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan dördtərəfli görüşün nəticələri Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirildi.

Qeyd edək ki, "Avropa Siyasi Birliyi" yeni təşəbbüs olaraq qitənin ölkələri arasında siyasi əlaqələndirmə platforması kimi yaradılıb. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini rifahını gücləndirməkdir. Təbii ki, Azərbaycanın Zirvə Toplantısına dəvət olunması ölkəmizin dünyada Avropada getdikcə artan nüfuzundan xəbər verir Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktorlardan biri kimi çıxış etdiyini göstərir.

Beləliklə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla həm ölkəmizin Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Ancaq bu görüşün ən uğurlu məqamlarından biri havadarlarının, o cümlədən üzdə daim dialoq tərəfdarı olan Fransanın dəstəyilə regional siyasi coğrafiyada qonşu dövlətlərə, xüsusən Türkiyə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən, şər böhtan kampaniyalarını dövlət siyasətinin əsasına çevirən Ermənistanın Azərbaycanın 86.6 min kvadratkilometr ərazisini məhz ilk dəfə Praqa Zirvə Toplantısında tanıması idi. Elə həmin görüşdən sonra erməni siyasətçisi Vahe Ovannesyan demişdi: "...nəinki üç milyon, hətta erməni xalqının gələcək nəsillərinin taleyi belə İlham Əliyevin əlindədir. Artıq yalanlar bitdi, biz bu reallığı qəbul etməliyik. Ya yaşayırıq, ya da köçəri kimi mövcud oluruq".

Ermənistanın baş nazirinin o addımından sonra sülh danışıqlarına başlanmasına ümidlər artdı. Prezident İlham Əliyev Praqada Azərbaycan telekanallarına verdiyi müsahibəsində xüsusi olaraq vurğuladı ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar artıq bu ilin sonunadək razılaşmaya nail oluna bilər. Əlbəttə ki, sülh müqaviləsində Qarabağın erməni  əhalisinin müqəddəratı barədə heç bir müddəa yer ala bilməz. Çünki bu, Azərbaycanın daxili məsələsidir Azərbaycan bu mövzuda  heç bir ikinci tərəflə müzakirələr aparmaq niyyətində deyil. Kommunikasiyaların açılması, konkret olaraq Naxçıvana quru yolun verilməsi məsələsi hazırlanacaq sülh müqaviləsinin bir hissəsi ola bilməz. Belə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir mahiyyətcə kommunikasiyalar indiyədək artıq açılmalı idi.

Praqa görüşünün sonunda bəyanat da qəbul edilib həmin bəyanatda da deyilir: "Ermənistan Azərbaycan BMT Nizamnaməsinə 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə -nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq".

Alma-Ata Bəyannaməsi nəyi ehtiva edir? SSRİ dağılmaq ərəfəsində ikən bunun qarşısının alınmaz olduğunu dərk edən Rusiya, Ukrayna  Belarus rəhbərləri "Belovejsk sazişi" adlanan sənədə imza atdılar. Bu, keçmiş SSRİ-nin fiaskosunu təsdiqləyən ilk sənəd oldu. 1991-ci il dekabrın 8- MDB-nin əsası qoyuldu. Həmin il dekabrın 21- isə Alma-Ata şəhərində Rusiya, Ukrayna, Belarus, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan MDB- qoşulmaq haqqında ümumi razılığa gəldilər Alma-Ata Bəyannaməsi qəbul edildi.

Bəyannamədə  deyilir ki, müstəqil dövlətlər  münasibətləri dövlətlərin suverenliyini, öz müqəddəratını təyin etmək hüququnu, bərabərlik daxili işlərə qarışmama prinsiplərini qarşılıqlı tanınma hörmət əsasında inkişaf etdirəcək. Sənəddə həmçinin qeyd edilir ki, adları çəkilən dövlətlər gücdən istifadə güc təhdidi, iqtisadi hər hansı digər təzyiq üsullarına yol verməməklə mübahisələrin sülh yolu ilə həllinə çalışacaqlar. Eyni zamanda, bir-birinin ərazi bütövlüyünü mövcud sərhədlərin toxunulmazlığını tanımaq hörmət etmək öhdəliyi bəyannamədə tanınıb.

Göründüyü kimi, bu sənədin müddəalarına ilk xəyanət edən elə Ermənistan oldu, sərhədlərimizi pozub torpaqlarımızı işğal etdi. İndi isə ərazi bütövlüyümüzü elə o sənəd əsasında rəsmi şəkildə tanımağa məcburdur.

Zümrüd QURBANQIZI,

"Respublika".