Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirilir
Gündəm

Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirilir

“Şəhərsalma Həftəsi 2023” çərçivəsində təşkil olunan “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda II Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA2) ikinci günü paytaxt Bakıda keçirilir.

"Respublika" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Forum çərçivəsində Bakı şəhərinin Baş planı və işğaldan azad edilmiş rayonların Baş planlarına həsr edilən stendlərlə tanış olublar.

Forumda məruzə ilə çıxış edən Dünya Bankının baş məsləhətçisi xanım Ellen Hamilton Azərbaycan hakimiyyəti tərəfindən məcburi köçkünlərlə bağlı həyata keçirilən tədbirlərdən söhbət açıb.

Dünya Bankının təmsilçisi Bakı şəhərinin inkişafı və ümumiyyətlə şəhərsalma sahəsində görülən işləri təqdir edib.

Məruzəçi, həmçinin müasir şəhərsalma sahəsində qarşıya çıxan problemlərdən də danışıb. Qeyd olunub ki, şəhərsalmada ilk növbədə ekoloji məsələlərə, düzgün planlaşdırmaya, şəhərsalma qanunvericiliyinə diqqət yetirilməli və eyni xamanda bu sektorlara müvafiq vəsait yönəldilməlidir.