Azərbaycanın XİN başçısı BQXK prezidenti ilə görüşüb
Gündəm

Azərbaycanın XİN başçısı BQXK prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger ilə görüşüb.

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri öz rəsmi sosial media hesabında paylaşım edib.
Nazir bildirib: "Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Mirjana Spolyariç Egger ilə görüşməkdən və Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparmaqdan şadam".

Töhfə SƏMƏDOVA,

"Respublika"