Azərbaycanın və Özbəkistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
Siyasət

Azərbaycanın və Özbəkistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

İyunun 14- Azərbaycanın Özbəkistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Özbəkistan tərəfindən isə xarici işlər nazirinin müavini Bobur Usmanov rəhbərlik edib.

Görüşdə Azərbaycan Özbəkistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişafı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsində hər iki ölkənin prezidentlərinin qardaşlıq dostluğa əsaslanan şəxsi təmaslarının müstəsna rol oynadığı qeyd olunub.

Daha sonra iki ölkə arasında münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, siyasi, sosial-iqtisadi, humanitar qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlar müzakirə olunub. Ticarət-iqtisadi əlaqələrin hazırkı inkişafı gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından Azərbaycan ilə Özbəkistan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib.

Nazir müavini X.Xələfov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan bərpa quruculuq işləri barədə qarşı tərəfə məlumat verib. Füzuli rayonunun erməni işğalından azad edilmiş ərazisində Özbəkistan Prezidentinin məktəb binasının tikintisi ilə bağlı təşəbbüsünün yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazir müavini X.Xələfov məcburi köçkünlərimizin öz doğma yurdlarına layiqli şəkildə qayıda bilmələri regionda davamlı sabitliyin təhlükəsizliyin təmin olunması istiqamətində ölkəmizin səyləri barədə danışıb.

Nazir müavini B.Usmanov çoxəsrlik səmimi dostluq qardaşlıq əsasında qurulan ikitərəfli münasibətlərdə müsbət dinamikanın müşahidə olunduğunu bildirərək, ötən il ərzində əlaqələrin müxtəlif əməkdaşlıq sahələrində daha da irəlilədilməsi istiqamətində mühüm uğurlar əldə edildiyini vurğulayıb. Özbəkistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Özbəkistan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə qarşılıqlı maraq doğuran regional beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

İki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin, eləcə qarşılıqlı səfər görüşlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.