Azərbaycanın turizm imkanları Türkiyədə təbliğ olunur
Digər xəbərlər

Azərbaycanın turizm imkanları Türkiyədə təbliğ olunur

Azərbaycanın turizm imkanları aprelin 12- Türkiyədə işinə başlayan "EMITT 2023" Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət Turizm Sərgisində təbliğ olunur.

AZƏRTAC xəbər verir ki, dörd gün davam edəcək sərgidə Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizi 2 yerli turizm şirkəti, hotel mehmanxana qrupu "Azərbaycan Hava Yolları" QSC təmsil edir.

Sərgi çərçivəsində turizm şirkətləri ilə B2B formatlı işgüzar görüşlər keçirilir qarşılıqlı turist mübadiləsinə təkan verəcək ikitərəfli əməkdaşlıq imkanları dəyərləndirilir.

26- dəfə keçiriləcək dünyanın 30 ölkəsindən 600 iştirakçı tərəfindən turizm məhsulları tanıdılacaq sərgi dünya üzrə 5 ən böyük sərgidən biri hesab olunur. Ötən il sərgi 110 ölkədən 33 595 nəfər ziyarətçi qəbul edib.

Türkiyə 2022-ci ildə Azərbaycana səfər edənlərin sayına görə ilk 5 ölkə arasında 2-ci yeri tutub. 2022-ci ilin statistikasına əsasən Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 311 min 880 nəfər olub ki, bu da 2019-cu il rəqəmlərinin 99 faiz bərpası deməkdir.