Azərbaycanın qadın voleybol millisinin növbəti rəqibi bəlli oldu
İdman

Azərbaycanın qadın voleybol millisinin növbəti rəqibi bəlli oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın növbəti mərhələsini ölkə xaricində davam etdirəcək.

"Respublika" xəbər verir ki, bu barədə Federasiya məlumat yayıb.

Bildirilib ki, komanda bu gün geniş heyətlə Bosniya və Herseqovinaya yola düşüb.

Ataman Güneyligilin rəhbərlik etdiyi yığma Zenitsa şəhərində bir həftəlik təlim-məşq toplanışı keçəcək. Oradakı hazırlıqlar çərçivəsində Bosniya və Herseqovina yığması ilə bir neçə yoldaşlıq görüşü nəzərdə tutulub.

İyulun 24-də isə milli Bakıya qayıdacaq və hazırlığı paytaxtda davam etdirəcək.