Azərbaycan şahmatçısı dünya çempionu olub
İdman

Azərbaycan şahmatçısı dünya çempionu olub

İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında rapid üzrə dünya çempionatı keçirilib.

“Respublika” xəbər verir ki, Azərbaycan şahmatçısı Gövhər Beydullayeva yarışda tarixi uğura imza atıb.

O, 9 oyundan 11 xal toplayaraq mundialı birinci pillədə başa vurub.

Azərbaycanın digər şahmatçısı Məhəmməd Muradlı isə 6,5 xalla 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, oktyabrın 13-də İtaliyada blits üzrə dünya çempionatı başlayacaq.