Atıcılarımız dünya çempionatında iki medal qazandılar
İdman

Atıcılarımız dünya çempionatında iki medal qazandılar

Koreyanın Çanqon şəhərində Beynəlxalq Atıcılıq İdman Federasiyasının Gənclər arasında Dünya Çempionatında bu gün gənc atıcılarımız uğur qazanıblar.

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb. 

Bildirilib ki, iyulun 24-də qızlar arasında 50 metr məsafəyə tapançadan atəş üzrə yarışda Xanna Əliyeva 520 xalla birinci, 510 xalla Leyli Əliyeva üçüncü yeri tutaraq, eyni növdə həm qızıl, həm bürünc medalı ölkəmizə qazandırıblar.

Xatırladaq ki, iyulun 14-dən başlayan çempionat 25-dək davam edəcək.