Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilibKonstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü və 156-cı maddələrinin şərh edilməsinə dair Gəncə Hərbi Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 11-nə təyin edilmiş iclasında baxılacaq.
AZƏRTAC