Digər xəbərlər

"Azərişıq" Samux və Gədəbəyin elektrik şəbəkələrini yeniləyir

"Azərişıq" ASC Samux rayonunun Qədili, Seyidlər Sarıqamış kəndlərində elektrik şəbəkələrini yeniləmə işlərinə başlayıb.

Bu barədə qurumdan verilən məlumatda bildirilir ki, istismar müddətini başa vurmuş 10 0,4 kV-luq elektrik xətləri, dayaqlar bütün güc mərkəzləri yenilənir. Üç kənddə ümumilikdə 10 KTM (komplektləşdirilmiş transformator məntəqəsi) quraşdırılıb abonentlərin bütün sayğacları yenisi ilə əvəz olunub.

Həmçinin Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən "Azərişıq" ASC Gədəbəy rayonunun ucqar Arısu Əlinağılar kəndlərində elektrik şəbəkələrini yenidən qurur.

Yenidənqurma layihəsi çərçivəsində ötən əsrin 50-60- illərindən mövcud olan köhnə şəbəkə tam yenilənir. Elektrik xətləri izolyasiyalı naqillərlə əvəz olunur, köhnə dayaqların, sayğacların həmçinin bütün güc mərkəzlərinin tam yenilənmə işləri aparılır.

Əsas məqsəd qeyd olunan kəndlərdə işləri mümkün qədər tez yekunlaşdırmaq bununla da itkilərin qarşısını almaq, həmçinin abonentlərin dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təminatını həyata keçirməkdir.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.

"Respublika".