Azərbaycan millisi Avropa Superfinalında növbəti oyununu keçirib
İdman

Azərbaycan millisi Avropa Superfinalında növbəti oyununu keçirib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Alghero şəhərində təşkil olunan Avropa Superfinalında növbəti oyununu keçirib.

"Respublika" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rumıniya yığması ilə oyun rəqibin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurublar.

Qeyd edək ki, Azərbaycan yığması turnirdə növbəti oyununu sentyabrın 21-də İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.