Azərbaycan Basketbol Liqasının açılış oyununun yeri və saatı bəlli olub
İdman

Azərbaycan Basketbol Liqasının açılış oyununun yeri və saatı bəlli olub

Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024-cü illər mövsümünün açılış oyununun yeri və saatı bəlli olub.

Federasiyanın mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, 29 ölkə çempionatının ilk matçı ötən il olduğu kimi “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.

Oktyabrın 22-də keçiriləcək açılış oyununda ev sahibi “Sərhədçi” klubu region təmsilçisi “Cəlilabad” ilə üz-üzə gələcək.

Qeyd edək ki, görüş saat 19:30-da başlayacaq.