Astanada COP29-a hazırlıq üzrə müşavirə keçirilib
İqtisadiyyat

Astanada COP29-a hazırlıq üzrə müşavirə keçirilib

Bu ilin noyabrın Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla əlaqədar Qazaxıstanın paytaxtı Astanada birgə iclas keçirilib.

"Respublika" "AZƏRTAC"-a istinadla xəbər verir ki, Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, tədbirdə bu ölkənin dövlət qurumlarının, beynəlxalq təşkilatların, milli şirkətlərin və işgüzar dairələrin nümayəndələri iştirak ediblər. Hibrid formatda keçirilən tədbirdə ümumilikdə 140 nəfər iştirak edib.

Qazaxıstanın energetika nazirinin müavini İlyas Bakıtjan iştirakçıları ölkəsinin Energetika Nazirliyinin aşağı karbonlu enerji mənbələrinin inkişafı, metan emissiyalarının azaldılması və ədalətli enerji keçidi çərçivəsində apardığı işlər barədə məlumatlandırıb. Onun sözlərinə görə, Qazaxıstan üçün prioritetlər aşağı karbonlu marşrutun inkişafı, 2060-cı ilə qədər karbon neytrallığına nail olmaq və enerjiyə mərhələli keçiddir. “Qazaxıstan ətraf mühitə antropogen istixana qazları emissiyalarının azaldılmasına yönəlmiş qlobal təşəbbüslərin iştirakçısıdır. Qlobal Metan Öhdəliyinə qoşulmaq Qazaxıstanın ardıcıl enerji keç