Aşqabadda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert olacaq
Dünya xəbərləri

Aşqabadda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert olacaq

Azərbaycan Respublikasının Türkmənistan Respublikasındakı səfirliyi noyabrın 28-də ölkənin Dövlət Mədəniyyət Mərkəzinin Muğam Mərkəzində “Heydər Əliyev – Azərbaycan-Türkmənistan qardaşlığı” adlı konsertin keçiriləcəyi ilə bağlı məlumat yayıb.

"Respublika" Türkmənistan KİV-ə istinadla xəbər verir ki, konsert Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Konsert proqramında “Mukam” (Muğam) vokal-musiqi qrupu iştirakçılarının və Resul Klıçevin rəhbərliyi altında Türkmənistan Dövlət Simfonik Orkestrinin çıxışları nəzərdə tutulub.