Ərdoğan Türkiyənin müdafiə sənayesi sahəsindəki yeniliklərin anonsunu verib
Dünya xəbərləri

Ərdoğan Türkiyənin müdafiə sənayesi sahəsindəki yeniliklərin anonsunu verib

“Müdafiə sənayesi sahəsindəki atdığımız hər addım bizi həyəcanlandırır. Yeni addımlarımız yoldadır”.

“Respublika” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, hazırda “Qızıl Alma” pilotsuz uçuş aparatlarının (PUA) son testləri həyata keçirilir: “İndi əsas məsələ öz mühərrikiimizi istehsal etməkdir. Biz 5 il müddətinə bu məsələni həll etməliyik”.

R. T. Ərdoğanın sözlərinə görə, müdafiə sənayesi sahəsində işlər davam edəcək, yeniliklər olacaq: “Bir neçə il əvvəl PUA-larımız yox idi. Amma əlimizi daşın altına qoyduq. Daim daha yaxşısı üçün çalışdıq. Kimsə narahat olmasın, bizim haqqımızda müdafiə sənayesi sahəsinə görə daha çox danışacaqlar”.